AZ

Jorje Jezuş: “Atam ailəmizi saxlamaq üçün xəstə halda...”

“Əl-Nəsr”in baş məşqçisi, 71 yaşlı portuqal mütəxəssis Jorje Jezuş uşaqlıq illərini yada salaraq, çətin ailə vəziyyətində söhbət açıb.

Arena.az “A Bola” dərgisinin RTP dərgisinə istinadı əsasında, qocaman mütəxəssisin müvafiq xatirəsini təqdim edir:

“Mənim atam ailəsi üçün işləyirdi, hətta xəstə halda işə gedərdi. Çünki pulumuz çatmırdı. Mən 17 yaşımdan “Sportinq”in (Lissabon) yeniyetmələrdən ibarət komandasının məşqçisi işləmişəm və hələ onda atamdan çox pul qazanırdım. Qazandığım pulları anama verərdim. Atam mənimlə fəxr edərdi, çünki mən “Sportinq”ə işləməyə getmişdim. Mənim valideynlərim – möcüzədirlər. Mənim ailəmin maddi rifahı olmayıb, amma atam məni həmişə ruhən tərbiyə edərdi”, deyə Jezuş xatırlayıb.

Jorje Jezuş cari ilin iyul ayından “Əl-Nəsr”i çalışdırır. Portuqal mütəxəssis “Nəcd cəngavərləri ilə 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Qocaman mütəxəssis peşəkar məçqçiliyə 1990-cı ildə başlayıb. Jezuş “Amora”, “Felqeyraş”, “Unian Madeyra”, “Eştrela” (Amadora)”, “Vitoriya” (Setubal), “Vitoriya” (Gimaraynş), “Moreyrense”, “Unian Leyriya”, “Beleneseş”, “Braqa”, “Benfika”, “Sportinq” (Lissabon), “Əl-Hilal” (Ər-Riyad), “Flamenqo” və “Fənərbağça”nı çalışdırıb.

Seçilən
92
arena.az

1Mənbələr