İran ilə İngiltərə, Fransa və Almaniya (E3 qrupu) arasında 2015-ci il nüvə sazişi çərçivəsində keçirilən müzakirələrin yeni raundu İstanbulda baş tutub. Görüş, İranın İstanbul Baş Konsulluğunda baş nazir müavinləri səviyyəsində, mətbuata qapalı şəkildə keçirilib.
News24.az xəbər verir ki, İranı təmsil edən xarici işlər nazir müavinləri Məcidd Taxtrevanci və Kazım Qaribabadi, Avropalı tərəfdaşlarla anlaşmanın gələcəyini və qarşılıqlı öhdəlikləri müzakirə edib.
Görüş, İran nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların artdığı, tərəflər arasında gərginliyin yüksəldiyi bir vaxtda baş tutur. 2015-ci ildə imzalanmış və Kapsamlı Ortaq Fəaliyyət Planı (KOEP) kimi tanınan nüvə sazişi çərçivəsində tərəflər son aylar əlaqəni davam etdirməkdə maraqlı olduqlarını bildirmişdi.
Müzakirələrin əsas mövzusu, KOEP sazişində yer alan və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə daxil edilmiş "snapback" – yəni "tetik mexanizmi" olub. Bu mexanizmə əsasən, əgər İranın öhdəlikləri pozduğu iddia edilərsə, məsələ BMT-yə çıxarılaraq 30 gün ərzində sanksiyalar avtomatik şəkildə yenidən qüvvəyə minə bilər.
Görüşlər ABŞ və İran arasında aparılan dolayı danışıqlarla paralel olaraq davam edir. Tərəflərin qarşılıqlı etimad və diplomatik iradə ilə masa arxasında qalması, regionda gərginliyin azaldılması baxımından kritik əhəmiyyət daşıyır.
Xeyrənsə Piriyeva