AZ

"Dəyərli yəhudu qardaşımız" - Etibar Əliyev Qusmandan yazdı

"Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi rəzillik və acizlik əlamətidir."

News365.az xəbər verir ki, bu barədə Etibar Əliyev öz profilində paylaşım edib. 

"Mixail Qusman və qardaşı Yuli Qusman Bakıda doğululublar və onların Azərbaycana bağlılığı əsl mərdlik və passionarlıq keyfiyyətidir. 

Mif-dünyanın dərki üçün açar funksiyanı itirməyib. 

Qədim Yunan mifologiyasında məşhur “Pandoranın yeşiyi” ifadəsi min illərdir ki, öz mənasını itirməyib. Zevsin bütün növ yamanlıqlarla doldurduğu yeşiyi Pandora açır. Açılmış yeşikdən yayılan və dünyanı bürüyən bədbəxtliklər, geridönməz fəlakətlər, xəyanət və rəzilliyin bütün cizgiləri Rusiyada görünür. Yeşikdə təkcə ümid qalır. Bu ölkəyə ümid bəsləmək də absurddur.

Zəruri qeyd: 44 günlük Vətən müharibəsi zamanı M.Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.

Biz səninləyik, dəyərli yəhudu qardaşımız!"

Seçilən
66
news365.az

1Mənbələr