AZ

Deputat motosikletlə qəza törətdi - həyatını itirdi

Ukrayna parlamentinin  "Səs" partiyasının Lvovdan olan  deputatı Yaroslav Rusçişin yol qəzasında dünyasını dəyişib.

Ölkə.az xəbər verir ki, bu barədə “Your City” nəşri məlumat yayıb.

Qəza cümə axşamı, iyulun 24-də saat 21:45-də İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığındakı yolda baş verib.

Qeyd olunur ki, deputat “Harley-Davidson” markalı motosikleti idarə edərkən idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən traktorla toqquşub. O, tibb müəssisəsinə aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, Yaroslav Rusçişin “Səs” partiyasından IX çağırış Ukraynanın xalq deputatı olub.

Xalq deputatı Ali Radanın İqtisadi İnkişaf Komitəsinin katibi olub.
O, həm də ukraynalı sahibkar və ictimai xadim, “Dziga” İncəsənət Assosiasiyasının həmtəsisçisi kimi tanınır.

Mürtəza

Seçilən
48
2
olke.az

3Mənbələr