BAKI, 25 iyul. TELEQRAF
ABŞ-də Rusiya hərbi texnikasının maketlərinin hazırlanmasına başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, yayılan fotolardan birində Rusiya istehsalı olan "Pantsir-S1" zenit-raket qurğusunun maketi əks olunub.
Mənbənin məlumatına görə, bu cür maketlər ABŞ ordusunun məşqlərində – Rusiya texnikasının aşkarlanması, tanınması və məhv edilməsi üzrə təlimlərdə istifadə oluna bilər.