"Sumqayıt" yeni mövsümə hazırlaşmaq üçün Qəbələyə yollanacaq.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" burada 4 yoxlama oyunu keçirəcək. Onlar 2 dəfə "Qəbələ" ilə qarşılaşacaq - 27 iyul və 7 avqust.

Saşa İliçin yetirmələri iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qüvvələrini sınayacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 8-nə qədər davam edəcək.