AZ

HƏMAS Qəzzada hərbi əməliyyatların bərpa edilməyəcəyinə dair təminat istəyir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

HƏMAS İsraillə aparılan razılaşmanın mətninə 60 günlük atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatların bərpa olunmayacağına dair təminat haqqında bənd daxil edib.

Oxu.Az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın "Maan" agentliyi məlumat yayıb.

Belə ki, HƏMAS hərbi əməliyyatların bərpa olunmayacağına dair təklifini Qəzza zolağında atəşkəs razılaşmasına ayrıca bənd kimi daxil edilməsini təkid edir.

Məlumat üçün əlavə edək ki, İsrail və HƏMAS arasında atəşkəslə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyub. Yeni razılaşma çərçivəsində İsrail tərəfi daha 10 girovun azad edilməsinə və həlak olanların cəsədlərinin qaytarılmasına ümid edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
oxu.az

3Mənbələr