AZ

Tramp ticarətdə son qərarını verir

Ajans.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın yaxın vaxtlarda Avropa İttifaqı ilə ticarət razılaşmasını qəbul edib-etməyəcəyini və ya gələn həftə 30% tariflər tətbiq etməyə başlayacağını açıqlayacağı gözlənilir, Político-nun Avropa diplomatlarına istinadən xəbər verir. Bir gün əvvəl Tramp Vaşinqton ilə Brüssel arasında aparılan ticarət danışıqlarının irəliləyişini tərifləyərək, hər iki tərəfin potensial razılaşmanın şərtləri barədə ciddi müzakirələr apardığını bildirib. Tramp daha əvvəl avqustun 1-dən etibarən bütün AB idxalına 30% tarif tətbiq etməyi planlaşdırdığını, həmçinin Avropa polad, alüminium və avtomobillərinə mövcud olan 10% tariflərin də davam edəcəyini açıqlamışdı. Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen avqustun 1-dək istənilən qiymətə razılaşmaya nail olunmasının vacibliyini vurğulayıb.

Avropa İttifaqının Ticarət və İqtisadi Təhlükəsizlik Komissarı Maros Şefçoviç ABŞ tariflərinin aradan qaldırılması məqsədini təsdiqləyib. Lakin o, danışıqlar uğursuz olarsa, Brüsselin illik dəyəri 72 milyard avro olan ABŞ mallarına qarşı tariflərlə cavab verməyə hazır olduğunu bildirib.

Seçilən
31
Ajans.az

1Mənbələr