Ermənistanın Sünik vilayətinin Gorus -David kəndində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu xidmət yoldaşı ilə baş vermiş insident nəticəsində həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “Radar Armenia” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başlayıb. İş Cinayət Məcəlləsinin 522-ci maddəsi – “hərbi qulluqçunu ehtiyatsızlıqdan intihara çatdırma” üzrə aparılır.
Hazırda hadisə ilə bağlı zəruri istintaq tədbirləri görülür, meyitin tibbi ekspertizası təyin edilib.