Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarının dördüncü günündə iki çəki dərəcəsində 2 cüdoçumuz mübarizəyə qoşulacaq.
Futbolpress.az xəbər verir ki, qızların mübarizəsində Zemfira Əliyeva +70 kq-da avstriyalı Mikayla Höllvartla qarşılaşacaq.
Oğlanlarda isə Sübhan Axundov +90 kq-da italiyalı Miçele Korsika ilə görüşəcək.