Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır:"Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.
Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən, günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.
U.Tağıyeva bildirib ki, əhalinin narahatlığına əsas yoxdur, müşahidə olunan duman smoq deyil.
www.anews.az