"Mançester Yunayted" Alexandro Qarnaçonu uzun müddətdir satış siyahısına qoyub.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" onu heyətdə düşünmür. O, isə Premyer Liqada qalmaq istəyir və Çempionlar Liqasında çıxış edəcək bir kluba transfer olmağı düşünür.
Bu barədə "Sky Sports" məlumat yayıb.
Qarnaço sonuncu mövsüm bütün turnirlərdə 58 oyunda 11 qol vurmağı bacarıb. "Mançester Yunayted" onun üçün 40 milyon funt-sterlinq tələb edir.