AZ

"Aris"in futbolçusu "Araz-Naxçıvan"a məğlubiyyətə iki səbəb göstərdi

BAKI. 25 iyul. TELEQRAF

"Matça istədiyimiz kimi başlamadıq. Görüş çətin şərtlər altında keçdi".

Bunu Teleqraf-a açıqlamasında Yunanıstan "Aris"inin futbolçusu Noa Fadiqa Bakıda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Seneqallı müdafiəçinin fikrincə, komandasının məğlubiyyəti iki amilin nəticəsində baş verib: "Əvvəla, konsentrasiyamızı itirdik, digər tərəfdən, "Araz-Naxçıvan"ın etməyə çalışdığı hər şey uğurlu alındı".

Lakin 26 yaşlı yeni transferin fikrincə, yekun nəticə növbəti mərhələyə ümid yaradır: "Bu hesab azarkeş amilini də nəzərə alaraq, Salonikidəki cavab görüşünə ümidli çıxmağımıza imkan verir. Əminəm ki, komandamızın səviyyəsi sayəsində uğura nail olacağıq".

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Saloniki şəhərindəki "Kleantis Vikeledis" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Seçilən
30
teleqraf.com

1Mənbələr