AZ

Manatın nominal və real effektiv məzənnəsi azalıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalaranisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 1,1 faiz bəndi, ötən ilineyni dövrü ilə müqayisədə isə 1,8 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin iyulun 1-nə manatın qeyri-neft sektoruüzrə nominal efektiv məzənnəsi isə 172,6 faiz bəndi təşkil edib ki,bu da aylıq müqayisədə 1,2 faiz bəndi, ötən ilin eyni dövrü iləmüqayisədə isə 1 faiz bəndi azdır.

Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatın ümumi realeffektiv məzənnəsi 115,3 faiz bəndi təşkil edib. Bu, aylıqmüqayisədə 2,2 faiz bəndi, illik müqayisədə isə 4,3 faiz bəndiazdır.

Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə realeffektiv məzənnəsi 111,4 faiz bəndinə bərabər olub ki, bu da aylıqifadədə 1,7 faiz bəndi, illik ifadədə isə 4,5 faiz bəndiazalıb.

Seçilən
44
az.trend.az

1Mənbələr