AZ

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Məktublarda Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisinin sədri adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verilir.

Seçilən
60
16
operativmedia.az

10Mənbələr