ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri sosial şəbəkədə tənqid edilib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb. Belə ki, 10-MY-770 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü güzgüyə baxmadan sağ zolağa manevr edib. Bu zaman motosiklet sürücüsünün qarşısına keçərək onun hərəkət sürətinə mane olub. İrad bildirilən zaman isə o, hədə-qorxu gələrək "aparıb içəri saldıraram səni, ağıllı ol" deyərək xoşa gəlməz və təhqiramiz sözlər işlədib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.