Qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasını qazanmağı hədəfləyən "Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "topçular" "Valensiya" klubunda çıxış edən 21 yaşlı Kristian Moskeranı transfer edib.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
"Arsenal" bu transferə görə La Liqa təmsilçisinə 15 milyon avro ödəyəcək. İspaniyalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Kristian Moskera Paris-2024 Yay Olimpiya Oyunlarında İspaniya millisinin heyətində qızıl medal qazanıb.
Bundesliqa klubu Dias üçün 75 milyon avro təklif edib
"Arsenal" ilin transferini tamamlayır: Qyökereş Londona gedir
"Brayton"dan "Milan"a
Reşford: "Arzum “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır"
"Fənərbaxça"nın rəqibində ayrılıq