Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyədə kişi keçmiş arvadını küçədə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Malatya şəhərinin Həkimxan qəsəbəsində baş verib.
Bir neçə gün əvvəl boşanan G.K. ilə arvadı 36 yaşlı Selda Kaya küçədə rastlaşıblar. Bu zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı kişi keçmiş arvadını tapança ilə güllələyib. Xəstəxanaya aparılan qadın orada ölüb.
G.K. isə polis tərəfindən saxlanılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.