AZ

Cəlal Hüseynov Konfrans Liqasında meydana çıxdı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geydiyi “Arda” (Bolqarıstan) UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə Finlandiya HİK-i ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 31-də Helsinkidə keçiriləcək. 

Seçilən
39
1
teleqraf.com

2Mənbələr