Ermənistanın ABŞ-dəkı səfiri Lilit Makunts ABŞ Konqresmeni Bred Şnayderlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanın ABŞ-dakı səfirliyinin məlumatına görə, görüşdə Ermənistan-ABŞ münasibətləri və strateji tərəfdaşlığın inkişafı müzakirə olunub. Həmçinin Cənubi Qafqazdakı vəziyyət və Ermənistanın qonşu ölkələrlə münasibətləri normallaşdırmaq üçün atdığı addımlar barədə danışılıb.