AZ

Makron: "Fransa Fələstini tanımağa hazırlaşır... HƏMAS silahı yerə qoymalıdır"

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanıyacaqlarını bildirib. 

Makron X şəbəkəsində bəyan edib ki, BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasında Fransa Fələstin dövlətini rəsmən tanıyacaq.

Makron yazıb: "Fransanın Fələstin dövlətini tanıyacağını qərara aldım. Bunu senytabr ayında, BMT-nin Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi, ən əsası, Qəzzadakı müharibəni dərhal dayandırmaq və dinc əhaliyə kömək etməkdir".

Makron Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsini vacib hesab elədiyini qeyd edib.

Makron daha sonra yazıb: "Nəhayət, Fələstin Dövlətini qurmaq, onun həyat qabiliyyətinə zəmanət vermək və Fələstinə - silahsızlaşdırılmanı qəbul etmək və İsraili tam tanımaqla - Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı vermək lazımdır”.

Hürr Tərcüman

 

Seçilən
82
hurriyyet.az

1Mənbələr