AZ

İcbari Tibbi Sığorta sığnacaqdakı qızın müalicəsini ÜZƏRİNƏ GÖTÜRDÜ

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qadın sığınacağında qalan və qulaq aparatına ehtiyacı olan gənc qızın tibbi ehtiyacını qarşılayacaq.

“Cebheinfo.az” xəbər verir ki, bunu barədə sığınacaqdan bildirilib:

“Bu gün səhər zəng gəldi, qulaq aparatına ehtiyacı olan qızımızın müalicə və aparat xərcləri artıq tibbi sığorta tərəfindən qarşılanacaq”.

Sığınacaqdan o da bldirilib ki, bu məqsədlə toplanan vəsait isə boşa getməyəcək:

“Həmin məbləğlə qızımıza, onun qardaşına və sığınacaqda qalan daha iki uşağa yeni tədris ili üçün məktəb ləvazimatları, geyim, çanta və digər zəruri ehtiyaclar alınacaq.Tezliklə əlilliyin təyin olunması üçün də müraciət edəcəyik”.

Xatırladaq ki, sığınacaq sözgedən sakininə qulaq aparqtı almaq üçün ianə kampaniyasına başlamışdı.

Xəzər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
cebheinfo.az

1Mənbələr