BAKI, 25 iyul. TELEQRAF
Kanadanın Baş naziri Mark Karni İsrail hökumətini Qəzzada sürətlə pisləşən humanitar fəlakətin qarşısını ala bilmədiyinə görə tənqid edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Karni deyib ki, humanitar yardımın bölgəyə çatdırılması İsrailin nəzarətindən çıxarılmalı və beynəlxalq təşkilatlar tərəfindən təmin olunmalıdır.
"Bu təşkilatların bəziləri Kanada tərəfindən maliyyələşdirilir, lakin onların yardımları aclıq çəkən dinc insanlara çatdırılmır. Humanitar yardımın qarşısının alınması beynəlxalq hüququn pozulmasıdır",- o qeyd edib.