Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən banklar və “Azərpoçt” MMCsistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödənişkartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon642 min ədəd təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı17,1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3%artıb. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyatakeçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,439 milyard manattəşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatıelektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 milyon manatıPOS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları vəbankomatların vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1%-nitəşkil edib.