Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda hərəkətin təşkilində olan nöqsan sürücüləri qayda pozmağa məcbur edir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsindən gedir. Belə ki, həm parklanma yerinə, həm də həyətə giriş-çıxış üçün avtobus zolağında qırıq xəttlər təşkil edilib. Lakin sağa - Əhməd Rəcəbli küçəsinə dönən hissədə qırıq xətt yoxdur. Sürücülər 2 ci zolaqdan sağa dönməyə məcbur olurlar ki, bu da həm qayda pozuntusudur, həm də təhlükəli bir vəziyyətdir.
Ümid edirik ki, tezliklə həmin ərazi müayinə ediləcək və nöqsan aradan qaldırılacaq.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.