Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində silah anbarında ardıcıl partlayışlar nəticəsində təxminən 5 nəfər ölüb, 60-dan çox insan isə yaralanıb.
Vətəninfo.az xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, İdlibin Maarat-Misrin yaşayış məntəqəsində yerləşən bir silah anbarında səbəbi hələlik məlum olmayan şəkildə təxminən 15 ardıcıl partlayış baş verib. Hadisə nəticəsində ətrafdakı yaşayış evləri və infrastruktur obyektləri ciddi zərər görüb.
Yaralılar təcili tibbi yardım qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Səhiyyə rəsmiləri bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirib.
Hadisə yerindən yayılan videolarda bölgənin üzərində qara tüstü aydın şəkildə görünür.
Partlayışın səbəblərinin müəyyən edilməsi üçün araşdırma başladılıb.