AZ

Bankların aktivləri 12,7 faiz artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 56 milyard 734,1 milyon manat təşkil edib.

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin ilk yarısında cəmi aktivlər ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 406 milyon manat və ya 12,7 faiz artıb.

2024-cü ilin yanvar-iyun aylarında bankların cəmi aktivləri 50 milyard 328 milyon manat olmuşdu.

Hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri isə 12,9 faiz artaraq cari ildə 49 milyard 788,2 milyon manata çatıb.

Seçilən
84
valyuta.az

1Mənbələr