“Forbes” ABŞ-ın immiqrant milyarderlərinin reytinqini tərtib edib. Siyahıya Moskva və Kiyevdə doğulmuş adlar daxildir.
Hafta.az-ın yazdığına görə, İlon Mask 393,1 milyard dollarlıq sərvətlə siyahıya liderlik edir. Cənubi Afrika Respublikasında doğulan Maskın sərvəti Tesla və SpaceX-dən qaynaqlanır.
Sergey Brin 139,7 milyard dollar sərvəti ilə Maskı izləyir. 1990-cı illərdə ailəsi ilə birlikdə Rusiyadan ABŞ-a mühacirət edən Brin Google-un qurucuları arasındadır.
Nvidia-nın baş direktoru Jensen Huanq 137,9 milyard dollar sərvəti olan Tayvan əsilli iş adamıdır.
Digər ilk 10 ad və onların xalis sərvətləri aşağıdakılardır:
Tomas Peterffi - Interactive Brokers, 67,9 milyard dollar, Macarıstan, Miriam Adelson - Adelson Foundations, 33,4 milyard dollar, İsrail, Rupert Merdok - News Corporation, 24 milyard dollar, Avstraliya, Peter Thiel - Facebook, Palantir, 21,8 milyard dollar, Almaniya, Cey Çaudri - Zskaler, 17,9 milyard dollar, Hindistan, Yan Kum - WhatsApp, 16,9 milyard dollar, Ukrayna, Con Tu - Kingston Technology, 14,1 milyard dollar, Çin.