Tikinti şirkəti olan "Uni Ko" şirkətinin təsisçisi olan Şəfiddin Pirmətovun külli miqdarda vergi borcunu ödəmir.
Valyuta.az-ın məlumatına görə, Şəfiddin Pirmətovun rəhbəri olduğu şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 233093.95 manat vergi borcu var.
Sözügedən borca görə "Unico" Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçsi Elçin Axundov Muxtar oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilir.
Qeyd edək ki, şirkət iki ildən çoxdur sözügedən borcu yaranıb. Məsələn ötən ilin yanvar ayında 225 min manatdan bu ilin iyun ayına kimi borcu 233 min manata yüksəlib.
Sabiq İsbəndərli