AZ

Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda heç-heçə - Çempionlar Liqası

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Çempionlar Liqasında II təsnifat mərhələsinin Xorvatiyada "Riyeka" və Bolqarıstan "Ludoqorets"i arasındakı ilk oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, Riyeka şəhərindəki eyniadlı arenada təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Qarşılaşmanın yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakimi Fərid Hacıyev olub.

İtaliyalı VAR hakimi Canluka Orelyanoya daha bir azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev yardımçı olub.

Məsiyev meydan sahiblərinin 5, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.

Seçilən
66
1
sportinfo.az

10Mənbələr