AZ

Almaniya Avropanın ən güclü ordusunu qurmağı hədəfləyir

Almaniya hökuməti hər il 40 minə qədər 18 yaşlı gənci könüllü hərbi xidmətə çağırmaq üçün proqram hazırlayır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sənədində bildirilir: “Biz çevik iş şəraiti və rəqabətədavamlı əmək haqqı təklif etməklə 2031-ci ilə qədər hədəf göstəriciyə nail olacağıq”.

Bundesverin şəxsi heyətinin 2035-ci ilə qədər 182 min nəfərdən 260 min nəfərə çatdırılması planlaşdırılır. Ehtiyat qüvvələrin sayı 60 min nəfərdən 200 min nəfərə qədər genişləndiriləcək.

Almaniya Federal Yük Daşımaları, Logistika və Tullantıların İdarə Edilməsi Assosiasiyasının prezidenti Dirk Engelhard iyulun 21-də bildirib ki, Almaniya hərbi vəziyyət elan olunarsa, bir neçə yüz min yük maşını sürücüsünü çağırmağa məcbur olacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr