AZ

Magistraturaya qəbul artıb, amma balanssızlıq riski qalır – Ekspert TƏHLİLİ

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında magistraturaya qəbul göstəricilərini şərh edib.

Onun sözlərinə görə, 13 446 nəfərin qəbul olunması ali təhsilin əlçatanlığının artdığını və gənclər arasında elmə marağın yüksəldiyini göstərir. Lakin bu artım düzgün ixtisas bölgüsü ilə müşayiət olunmadıqda, ölkədə kadr balanssızlığı problemi daha da dərinləşə bilər. Əmrah Həsənli bildirib ki, bəzən gənclər magistratura pilləsini yalnız hərbi xidmətdən möhlət almaq və ya əmək bazarına gec daxil olmaq üçün keçici mərhələ kimi qiymətləndirirlər. Bu isə ali təhsil sisteminin effektivliyinə dolayısı zərbə vurur:

"Nəticə olaraq, 13 446 nəfərlik qəbul göstəricisi ali təhsilin əlçatanlığının artdığını və gənclərin elmə marağının yüksəldiyini göstərsə də, bu artımın düzgün ixtisas bölgüsü ilə müşayiət olunması vacibdir. Əgər ali təhsil siyasəti ölkənin real əmək bazarını, strateji sahələrin tələbatını və regionların inkişaf prioritetlərini nəzərə alaraq tənzimlənməzsə, kadr balanssızlığı daha da dərinləşəcək. Bu baxımdan gələcəkdə qəbul planları formalaşdırılarkən əmək bazarının real ehtiyacları, sahəvi proqnozlar, iqtisadi inkişaf tendensiyaları və beynəlxalq əmək miqrasiyası meylləri nəzərə alınmalıdır. Yalnız bu halda ali təhsil sistemindən keçən hər bir gənc ölkənin sosial-iqtisadi inkişafında hədəflənmiş şəkildə rol ala biləcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr