2003-cü ildə ABŞ-ın 42-ci prezidenti Bill Klinton amerikalı maliyyəçi Ceffri Epşteynin yubileyi üçün hazırlanmış təbrik albomu üçün qısa məktub göndərib...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşr qeyd edir ki, maliyyəçinin köməkçisi Qisleyn Maksvell tanış olduğu mümkün qədər çox nüfuzlu və imkanlı adamdan təbrik toplamağa çalışıb.
Albom bir neçə kateqoriyaya bölünüb, onlardan biri "Dostlar" adlanıb. Orada Klinton da daxil olmaqla 20-yə yaxın təbrik var. WSJ iddia edir ki, keçmiş prezident Epşteynin "uşaq kimi bir marağı" və faydalı olmaq arzusunu saxlaya bildiyini yazıb.
"Dostlar” bölməsində Klintondan başqa modelyer Vera Vanq, milyarder investor Leon Blek, media maqnatı Mortimer Zukerman və ABŞ-ın hazırkı lideri Donald Trampın təbrikləri yer alıb.
Daha əvvəl bildirilmişdi ki, Konqres Klinton və onun həyat yoldaşı Hillari Epşteyn və Maksvelllə mümkün əlaqəsinin araşdırılması çərçivəsində dindirilməyə dəvət edilməsinə səs verib.
The Wall Street Journal iddia edir ki, Donald Tramp pedofil Cefri Epşteynə 20 il əvvəl 50 illik yubileyi üçün çılpaq qadının təsviri ilə mesaj göndərib. ABŞ prezidenti nəşri saxta adlandırıb və WSJ-ni məhkəmə ilə hədələyib. Respublikaçı ilə münasibətləri son aylarda bir qədər soyuqlaşan İlon Mask gözlənilmədən Ağ Ev rəhbərini müdafiə edib. Trampın Epşteynlə əlaqələri ittihamı ətrafında qalmaqalla bağlı nə məlumdur.
Poliqon.info