AZ

Bankların xalis mənfəəti 37 milyon manat azalıb

2025-ci ilin yanvar – iyun aylarında banklar 576.6 mln. manat xalis mənfəət, 881 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734.1 mln. manat, cəmi öhdəlikləri 49,788.2 mln. manat, balans kapitalı 6,945.9 mln. manat olub.

İyun ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.3% artıb.

Seçilən
85
banker.az

1Mənbələr