AZ

“Intel” müflis olmamaq üçün qəti ölçülərə əl atacaq

Bakı. Trend:

Amerikanın texnologiya nəhəngi, kompüter mikroprosesorlarınınaparıcı istehsalçısı “İntel” korporasiyasının yeni rəhbərliyişirkəti müflisləşməkdən qurtarmaq üçün minlərlə işçini ixtisaretməyi və şirkətin büdcə xərclərini maksimum azaltmağıplanlaşdırır.

Trend xəbər verirki, bu barədə “Euronews” məlumat yayıb.

Şirkətin yeni baş direktoru əvvəllər Silikon Vadisininformalaşmasına töhfə vermiş, lakin son illərdə “Nvidia Corp”. və“Advanced Micro Devices Inc.” kimi rəqiblərindən geri qalmış bu çipnəhəngini belə qəti ölçülərlə dirçəltməyə çalışır.

Cümə axşamı günü əməkdaşlara ünvanladığı məktubda baş direktorLip-Bu Tan bildirib ki, "Intel" ilin sonuna qədər törəmə şirkətləristisna olmaqla, 75.000 nəfərlik "əsas" işçi heyətlə fəaliyyətidavam etdirəcək. Bu göstərici ötən ilin sonunda 99.500 təşkiledirdi. Şirkət daha əvvəl işçi qüvvəsinin 15% azaldılacağını elanetmişdi.

1968-ci ildə fərdi kompüter inqilabının başlanğıcında təsisolunan “Intel” süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdədaha ağır problemlərlə üz-üzə qalıb. Bu sahədə əvvəllər daha kiçikrəqib olan “Nvidia”nın istehsal etdiyi çiplər texnologiyadünyasının ən çox tələbat görən məhsuluna çevrilib.

Kaliforniya ştatının Santa Klara şəhərində yerləşən "Intel"inbazar dəyəri cümə axşamı bazar bağlanışında 98.71 milyard dollar(təxminən 84 milyard avro) təşkil edib. Bu rəqəm "Nvidia"nın 4.24trilyon dollar (təxminən 3.61 trilyon avro) olan bazar dəyəri iləmüqayisədə çox aşağıdır.

Məqalədə:
Seçilən
95
az.trend.az

1Mənbələr