AZ

Azərbaycan komandası Avropa çempionatının finalında

BAKI. 25 iyul. TELEQRAF

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası Xorvatiyanın paytaxtı Zaqrebdə futzal üzrə Avropa Universitetləri Çempionatında finala yüksəlib.

Teleqraf xəbər verir ki, yarımfinalda İspaniya komandası məğlubiyyətə uğradılıb - 5:1.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.

Seçilən
60
teleqraf.com

1Mənbələr