UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri – Andorranın “Atletik Eskaldes” və Albaniyanın “Dinamo Siti” klubları üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, səfərdə çıxış edən Albaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və cavab görüşü öncəsi üstünlük əldə edib.
Qeyd edək ki, “Zirə” II təsnifat mərhələsinin ilk oyununda Bakıda Xorvatiyanın “Hayduk” klubu ilə 1:1 hesablı heç-heçə edib.
Valdas Dambrauskas: “Üzərində işləməli olduğumuz çox məqam var”
KL: “Sabah”dan inamlı qələbə - YENİLƏNİB
Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”
“Aris”in baş məşqçisi: “Cavab oyunu tamamilə fərqli olacaq”
KL: “Araz”dan əzmkar qələbə - YENİLƏNİB