
Birləşmiş Ştatlar Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Birləşmiş Ştatlar Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”, - deyə Rubio X-də yazıb.
Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir, həmçinin İsraildə baş verənlərin qurbanlarının üzünə vurulan sillədir.