AZ

Azərbaycan 259 milyon dollarlıq əczaçılıq məhsulları idxal edib

Bu ilin birinci yarısında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 259,3 milyon dollar təşkil edib.

Operativ Media Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,25%-ni təşkil edib.

Əlavə edək ki, 2024-cü ilin eyni aylarında Azərbaycan 248 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Azadəliyeva

Seçilən
49
operativmedia.az

1Mənbələr