AZ

Patruşev: Rusiya nüvə sualtı qayıqları Qərbin “qaynar başlarını” soyuda biləcək gücdədir...

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi və Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev nüvəs silahı ilə Qərbə meydan oxuyub...

Poliqon xəbər verir ki, Putinin köməkçisi "RİA Novosti" Agentliyinə verdiyi müsahibədə Rusiyanın dəniz strategiyası üzrə nüvə qüvvələrinin daim yüksək döyüş hazırlığında olduğunu bildirib.

Patruşev qeyd edib ki, Rusiya sualtı nüvə qayıqları müntəzəm olaraq patrul xidmətləri həyata keçirir və lazım gəldikdə hər an hədəflərə nüvə zərbələri endirməyə hazırdırlar. Bu, Rusiyanın nüvə qüvvələrinin müasir təhlükəsizlik siyasətində əsas element olduğunu təsdiqləyir.

“Bizim qüvvələr istənilən ‘qaynar başları’, yəni düşüncəsiz və aqressiv addımlar atanları soyuda bilər”, deyə o vurğulayıb.

Qeyd edək ki, bu ifadə, Rusiyanın nüvə gücündən istifadə etmək potensialının və onun mümkün qorxutma funksiyasının bir növ xəbərdarlığı kimi qiymətləndirilə bilər.

Bəyanat Rusiya Prezidentinin Arxangelsk vilayətinə səfəri zamanı səsləndirilib. Putin orada “Knayaz Pozharski” adlı yeni raketdaşıyan nüvə sualtı qayığın bayrağının qaldırılması mərasimində iştirak edib. Bu sualtı qayığın donanmanın strateji nüvə potensialını artıracağı vurğulanıb.

Putinin Arxangelskdəki səfəri və yeni sualtı qayığın təqdimatı Rusiya hərbi qüdrətinin nümayişi kimi şərh edilir və Qərb ölkələrinə yönəlik mesaj kimi qəbul olunur. Rusiya bu güc vasitəsilə öz təhlükəsizlik maraqlarını qorumağa və beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə çalışır.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr