AZ

ABŞ-dən Fransanın Fələstini tanımaq təşəbbüsünə REAKSİYA: "Qətiyyətlə rədd edirik"

"Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir".
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio özünün "X" hesabında yazıb.
 
"Birləşmiş Ştatlar Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir", - M.Rubio bildirib.
 
ABŞ dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir və 7 oktyabr (2023-cü ildə HƏMAS-ın İsrailə hücumu - red.) qurbanlarının üzünə vurulan şillədir.
 
Məlumat üçün əlavə edək ki, Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
Seçilən
65
10
moderator.az

10Mənbələr