"Bayern" klubu səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Belə ki, "pivəçilər" "Liverpul"un vingeri Luis Diasa maraq göstərir. Bu barədə "Bild" nəşri məlumat yayıb. Münhen klubu 28 yaşlı futbolçu üçün maksimum 75 milyon avro ödəməyə hazırdır. Ancaq "Liverpul" bu təkliflə razı deyil. İngilis klubu bu futbolçuya 80 milyon avro qiymət qoyub. "Bayern" transferin baş tutması üçün "qırmızılar"a gələcək satışdan pay təklif etməyə hazırdır. Bu əlavə maddə transferin reallaşmasına yardımçı ola bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta