AZ

Regionlarda məktəbəqədər təhsilə cəlb olunanların sayı bəlli oldu

Bakı. Trend:

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlimmodelləri vasitəsilə isə 18 mindən çox uşaq məktəbəqədər təhsiləcəlb olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsilin əhatə dairəsiningenişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuşuşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdətutulub. Hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədərtəhsilə cəlb olunma göstəricisi 38% təşkil edir. Paytaxtla yanaşı,regionlarda da məktəbəqədər təhsil xidmətlərinə marağın artırılmasıvə uşaqların təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsiistiqamətində tədbirlər uğurla həyata keçirilir".

Agentlikdən qeyd edilib ki, son illərdə yeni uşaq bağçalarınınistifadəyə verilməsi, mövcud məktəbəqədər təhsil müəssisələrintəmiri və yenidən qurulması işləri davam etdirilir.

"Bununla yanaşı, məktəbəqədər təhsil müəssisəsi olmayanərazilərdə alternativ modellərdən uğurla istifadə olunur ki, bu daregionlarda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayınınartmasına imkan yaradır.

Belə ki, regionlarda cari tədris ilində 68 mindən çox,alternativ təlim modelləri vasitəsilə isə 18 mindən çox uşaqməktəbəqədər təhsilə cəlb olunub. Şirvan və Biləsuvarda isə ikiözəl məktəbəqədər təhsil müəssisəsi özəl-dövlət tərəfdaşlığıçərçivəsində qrant proqramına qoşulub və bu layihədən 170 uşaq uşaqbəhrələnib", - deyə əlavə edilib.

Seçilən
65
7
az.trend.az

8Mənbələr