AZ

Tayland-Kamboca gərginliyi davam edir - Qurbanların sayı artır

Bakı. Trend:

Kamboca və Tayland arasında artilleriya qüvvələrinin tətbiqi iləbaşlayan eskalasiya artıq ikinci gündür ki davam edir. Kambocaordusunun Taylandda zərbələri nəticəsində 14 mülki şəxs və birhərbçi həlak olub, 46 nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə Taylandın Səhiyyə Nazirliyi məlumat yayıb.

Kambocanın Milli Müdafiə Nazirliyinin mətbuat katibi,general-leytenant Mali Soçxeat iki ölkənin qoşunlarının qarşılıqlıolaraq ağır artilleriya silahlarından istifadə etdiyini, Kambocaordusunun bütün cəbhə xətti boyunca öz mövqelərinə nəzarət etdiyinibildirib.

Onun sözlərinə görə, iyulun 24-də taylandlı hərbçilər Kambocaərazisində olan səkkiz obyektə ağır artilleriya silahlarından vəF-16 qırıcılarından istifadə etməklə zərbələr endirib. İtkilər vədəymiş ziyan barədə məlumat verilmir.

Eskalasiya fonunda iki ölkənin sərhədyanı rayonlarının sakinlərikütləvi şəkildə yaşadıqları evləri tərk etmək məcburiyyətindəqalıb. Təkcə Kambocanın Preaxvixear əyalətində 20 mindən çox sakintəhlükəsiz ərazilərə təxliyə olunub. Taylandda isə sərhədyanıərazilərdən 100 mindən çox sakin qeyri-müəyyən müddətə məcburiköçkün düşüb.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr