Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın "Los Anceles" klubu "Tottenhem"in futbolçusu Son Hın Mini heyətinə qatmaq üçün israrlıdır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MLS təmsilçisi 33 yaşlı hücumçu üçün London klubuna rəsmi təklif göndərib.
Əgər futbolçu özü Premyer Liqanı tərk etmək qərarına gəlsə, "Tottenhem" transferə mane olmayacaq. Yaxın vaxtlarda o, gələcək taleyini müzakirə etmək üçün "Tottenhem" rəhbərliyi ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Son Hın Min ötən mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 46 oyun keçirib , 11 qol vurub və 12 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.