AZ

Azərbaycan UEFA əmsallar cədvəlində mövqe qazanmağa yaxındır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan UEFA əmsallar cədvəlində 2025/26 mövsümündə topladığı reytinq xalını 1.000-a çatdırıb.

Oxu.Az xəbər verir ki, bu, "Araz-Naxçıvan" və "Sabah"ın qazandıqları qələbələr sayəsində mümkün olub.

Qeyd edək ki, dünən Konfrans Liqasında Yunanıstanın "Aris" klubu ilə qarşılaşan "Araz-Naxçıvan" ilk sınaqdan üzüağ çıxıb - 2:1, "Sabah" isə Moldovada "Petrokub"u məğlub edib - 0:2.

Xatırladaq ki, bir gün əvvəl "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"u İrlandiyada darmadağın edib - 3:0, "Zirə" isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya "Hayduk"una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1.

Beləliklə, təsnifat mərhələlərində qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə "Sabah"ın ölkənin aktivinə 0.375 xal, "Qarabağ" və "Araz-Naxçıvan"ın hərəyə 0.250 xal, "Zirə"nin isə 0.125 xal gətirdiyi aydın olur.

Hazırda 18.125 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyub. Ukrayna (18.475) klublarının uğurlu çıxışı sayəsində indi ən yaxın rəqibimiz Rusiyadır - avrokuboklarda təmsil olunmayan şimal qonşumuzun 18.299 xalı var və böyük ehtimalla gələn həftə onları keçəcəyik. 30-cü yerdə qərarlaşan Bolqarıstan isə 16.875 xal (bu mövsüm + 1.000) toplayıb.

Qeyd edək ki, əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
oxu.az

1Mənbələr