AZ

Tanınmış professordan SƏRT SÖZLƏR: “Bu kin və nifrət çanağı Putinin öz başında çatlayacaq”

Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin və ləyaqətsiz olduğunu göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli paylaşım edib.

“Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurətlə idarə olunur.

Azərbaycan sevdalısı M.Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, “Hakimiyyət formulu” verilişinin müəllifi və aparıcısıdır.

Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı M.Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.

Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlik və cındırlıqdır. İnşallah, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağının Putinin öz başında sınacağına az qalıb…”

Seçilən
94
7
konkret.az

10Mənbələr