AZ

"Sabah" ilə "Araz-Naxçıvan" qələbə qazandı, Azərbaycanın mövqeyi... - REYTİNQ

Avrokuboklarda 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Fanat.Az-ın məlumatına görə, ilk görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
 
Dünən də Azərbaycan klubları ölkənin əmsallar cədvəlindəki xal ehtiyatını artıra bilib. Buna Konfrans Liqasında mübarizə aparan "Araz-Naxçıvan"ın evdə "Aris"i (Yunanıstan) (2:1) və "Sabah"ın səfərdə "Petrokub"u (Moldova) yenməsi (2:0) şərait yaradıb. Beləliklə, ölkəmizin hesabına daha 0.500 (hərəyə 0.250) əmsal əlavə olunub. 

Beləliklə, cari mövsümün qazancı 1.000-ə çatıb. Hazırda ölkəmizin əmsalı 18.125-ə bərabərdir. Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. 

Azərbaycanın üst pillədəki qonşusu Rusiyanın hesabında 18.225, 30-cu yerdə olan Bolqarıstanın isə 16.875 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Seçilən
9
fanat.az

1Mənbələr