AZ

“Barselona”nın qapıçısı əməliyyat olunacaq

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə alman qapıçı sosial şəbəkə hesabında paylaşım edib. Belində ağrılar olan Ştegen azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qolkiper eyni zamanda klubdan ayrılmayacağını da bildirib. O, zədədən qayıtdıqdan sonra əvvəlki performansını bərpa edəcəyinə ümidlidir.

Ştegenin “Barselona”dan ayrılacağı xəbərləri yayılmışdı.

Seçilən
28
1
futbolpress.az

2Mənbələr