UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyunlar çərçivəsində daha 43 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin - “Omoniya” (Kipr) və “Torpedo” (Gürcüstan) komandalarının görüşündə kiprlilər minimal hesablı qələbəyə seviniblər.
“Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri olan “Atletik Eskaldes” (Andorra) və “Dinamo Siti”nin (Albaniya) duelində isə Albaniya təmsilçisi üstün olub.
Albaniyada legioner həyatı yaşayan azərbaycanlı futbolçu Zamiq Əliyev qələbə sevinci yaşayıb. Onun çıxış etdiyi “Eqnatiya” səfərdə Minsk “Dinamo”suna qalib gəlib. Ev oyunlarını Macarıstanda keçirən Belarus təmsilçisi öz qapısından 2 cavabsız top buraxıb. Start heyətində yer almış Zamiq görüşün 78-ci dəqiqəsində əvəz olunub.
Rüfət Abdullazadənin yenicə müqavilə imzaladığı Xorvatiya “Varajdin”i də Konfrans Liqasında qələbə sevinci yaşayıb. Sözügedən komanda doğma meydanda Portuqaliyanın “Santa Klara” kollektivini 2:1 hesabıyla üstələyib. Rüfət bu görüşün iştirakçısı olmayıb.
Azərbaycan yığmasının digər futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın “Arda” komandası Finlandiya klubu HJK ilə qarşılaşıb. Cəlalın start heyətində meydana çıxıb sonadək meydanda olduğu qarşılaşmada hesab açılmayıb.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri gələn həftə keçiriləcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
Atletik Eskaldes (Andorra) – Dinamo (Tirana, Albaniya) 1:2
Astana (Qazaxıstan) – Zimbru (Moldova) 1:1
Payde (Estoniya) – AİK (İsveç) 0:2
Aktobe (Qazaxıstan) – Sparta (Praqa, Çexiya) 2:1
Ararat (Ermənistan) – Universitatya (Kluj, Rumıniya) 0:0
Araz-Naxçıvan (Azərbaycan) – Aris (Yunanıstan) 2:1
Arda (Bolqarıstan) – HJK (Finlandiya) 0:0
Aris (Kipr) – Puşkaş Akademiya (Macarıstan) 3:2
Hibernians (Malta) – Spartak (Trnava, Slovakiya) 1:2
İlves (Finlandiya) – Alkmar (Niderland) 4:3
Kauno (Litva) – Valyur (İslandiya) 1:1
Pünik (Ermənistan) – Qyor (Macarıstan) 2:1
Rusenborq (Norveç) – Banqa (Litva) 5:0
Sent Cozefs (Cəbəllüttariq) – Şemrok Rovers (İrlandiya) 0:4
Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya) 0:0
Çerno More (Bolqarıstan) – Başakşəhər (Türkiyə) 0:1
Hammarbü (İsveç) – Şarlerua (Belçika) 0:0
Novi Pazar (Serbiya) – Yagelloniya (Polşa) 1:2
Aleksandriya (Ukrayna) – Partizan (Serbiya) 0:2
Omoniya (Kipr) – Torpedo (Kutaisi, Gürcüstan) 1:0
Petrokub (Moldova) – Sabah (Azərbaycan) 0:2
Polesye (Ukrayna) – Santa Koloma (Andorra) 1:2
Riqa (Latviya) – Dila (Qori, Gürcüstan) 2:1
Vikinq (Norveç) – Koper (Sloveniya) 7:0
Vaduts (Lixtenşteyn) – Dunqannon (Şimali İrlandiya) 0:1
AEK (Afina, Yunanıstan) – Hapoel (Beer-Şeva, İsrail) – 1::0
Koşitse (Slovakiya) – Neman (Belarus) 2:3
Paks (Macarıstan) – Maribor (Slovakiya) 1:0
Radniçki (Serbiya) – Klaksvik (Farer adaları) 0:0
Varajdin (Xorvatiya) – Santa Klara (Portuqaliya) 2:1
Jodino (Belarus) – Makkabi (Hayfa, İsrail) 1:1
Austriya (Avstriya) – Spaeri (Gürcüstan) 2:0
Sutyeska (Monteneqro) – Beytar (İsrail) 1:2
Vardar (Şimali Makedoniya) – Lozanna (İsveçrə) 2:1
Vlajniya (Albaniya) – Vikinqur (İslandiya) 2:1
Dinamo (Minsk, Belarus) – Eqnatiya (Albaniya) 0:2
Dandi Yunayted (Şotlandiya) – Stassen (Lüksemburq) 1:0
Torshavn (Farer adaları) – Bröndbü (Danimarka) 1:1
Sent Patriks (İrlandiya) – Nomme Kalyu (Estoniya) 1:0
Deçiç (Monteneqro) – Rapid (Avstriya) 0:2
Sarayevo (Bosniya və Herseqovina) – Universitatya (Krayova, Rumıniya) 2:1
Larne (Şimali İrlandiya) – Priştina (Kosovo) 0:0
Rakov (Polşa) – Jilina (Slovakiya) 3:0